Menu
header photo

PEŞƏKAR BİZNES
 KONSALTİNQ
XİDMƏTLƏRİ

Təcrübəli mütəxəssislərin birliyi kimi yaradılan “ABC Consulting” konsaltinq şirkəti biznesin inkişafına dəstək üzrə xidmətlər təklif edir. Şirkət Azərbaycanda biznesə malik, yaxud biznes qurmağa çalışan müştərilərə hüquqi, maliyyə, vergi planlaması, konsaltinq və mühasibatlıq sahəsində xidmətlər göstərir.
Şirkətimiz çoxsaylı əlaqələrindən istifadə edərək, Azərbaycanda yaşayan şəxslərə yüksək səviyyədə xidmət göstərir.

ABC Consulting” konsaltinq şirkəti kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar şəxslərə mühasibatlıq xidmətlərini (şirkətdə mühasibat uçotunun aparılması (autsorsinq)), mühasibat uçotunun bərpası üzrə xidmətlər, vergilərlə bağlı konsaltinq xidmətləri, hüquqi xidmətlər (MMC, şirkət və firmaların, xarici, birgə müəssisələrin filiallarının qeydiyyatı, MMC, şirkət və firmaların, xarici, birgə müəssisələrin filiallarının yenidən qeydiyyatı və onların müqavilələrin tərtib edilməsi və yoxlanılması), vəkillik xidmətləri, İR xidmətləri (kadrlar uçotu), eləcə də mətnlərin tərcüməsi üzrə xidmətlər təklif edir. Bizim yeni müştərimiz olaraq, peşəkarlığımıza tam arxayın ola bilərsiniz.

VERGİTUTMA ÜZRƏ MƏSLƏHƏT

Biz kiçik, yaxud orta həcmli biznesə malik olmasından asılı olmayaraq, Fərdi Sahibkarlara (FS), şirkət və müəssisələrə kompleks mühasibatlıq xidmətləri təklif edirik. Bu zaman müştəriyə mühasibatlıq və vergilər üzrə məsləhətlər verildiyinə görə abonent xidmət haqqı dəyişilməz olaraq qalır.

MARKETINQ XİDMƏTLƏRİ

Biz qanunvericiliyin şərhi və bazar və qurduğumuz biznesə təsir göstərən əsas amillər üzrə konsultasiya xidmətləri təklif edirik. Bizim məqsədimiz əsas biznes xətti üzrə maraqlar, cari işlər və müvafiq qanunvericilik fəaliyyətləri ilə bağlı məlumatlar təqdim etməkdir.

Biz Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olan yerli və xarici sahibkarların tikinti, infrastruktur sahəsində, yerli hakimiyyət orqanları, nazirlik və idarələrdə göstərdiyi fəaliyyətə dəstək olmağa çalışırıq.

İNSAN RESURSLARI XİDMƏTLƏRİ

Məlumdur ki, şirkət uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri kadrların uçotunun aparılmasıdır. Bir çox rəhbərlər bu növ uçotun zəruriliyini lazımınca qiymətləndirmirlər. Son zamanlarda kadrlar uçotunun düzgün aparılmaması ilə bağlı bir çox şirkətlərdə, xüsusilə də xarici vətəndaşların işlədiyi şirkətlərdə cərimə halları meydana gəlir.

Konsaltinq şirkətimiz müştəri ilə kadrlar uçotu üzrə müqaviləyə əsaslanan tam xidmət təklif edir.